Komissiya sədrinin vəzifələri artırıldı
7 Aprel 2025
12:10 - 7 Aprel 2025
İctimai Televiziyanın “OffTOP” layihəsin qonağı olan "Qarabağ"ın və Azərbaycan millisinin sabiq üzvü Maksim Medvedev maraqlı açıqlamalar verib.
Manset.az Qol.-az-a istinadən xəbər verir ki, keçmiş müdafiəçi əvvəlcə özü milli komandada çıxış etdiyi dövrdən danışıb. O qeyd edib ki, millidə baş verənlər çox tez bir zamanda mətbuata sızdırılırdı:
"Bizə mükafat verəndə tapşırırdılar ki, bunu mətbuata çıxarmayın. Amma biz iclasdan ayrılan kimi görürdük ki, bütün saytlar bu haqda yazıb. Məsələn, bizə deyirdilər ki, bu oyunda qalib gəlsəniz, mükafatınız bu qədər olacaq. Gedib saytlara baxırdıq ki, artıq mükafatın məbləğini də yazıblar. Çoxları deyirdi ki, futbolçular bu məlumatları yayır. Amma mənə elə gəlir ki, futbolçulardan əvvəl bunu bilənlər olub. Stolun altına səsyazan qoyublar, yoxsa nə ediblər, bilmirəm".
Medvedev bildirib ki, milli komandada nəticələrə görə bonuslar vacib deyil: "Əslində oyundan əvvəl mükafat haqda danışmaq düzgün deyil. Bunlar futbolçunun fikrini yayındırır. Onsuz da klubda hamı yaxşı qazanır. Ona görə də belə şeylər lazım deyil, çıxıb oyun oynamaq lazımdır".
M.Medvedev onu da deyib ki, əvvəllər də milli komandada qruplaşmalar olub, indi də var: “Milli komandada hər dövrdə qruplaşmalar olub. Bu əvvəllər də belə idi. Biz oynadığımız vaxtlarda komandada çıxış edən ukraynalılar - Levin-Axtyamov və başqa qruplaşmalar var idi. İndi də elədir. Baxırsan ki, Renat Dadaşovun, Bədavi Hüseynovun, Ramil Şeydayevin qrupu var. Bunlar olmamalıdır. Ola bilər ki, bizim eyni mövzularda marağımız var və buna görə bir yerdə söhbət edirik. Bu, problem deyil. Amma indi yeməkxanada 4-5 nəfərlik qruplaşma halında otururlar. Komanda bir-biri ilə söhbət etmir. Təbii ki, bu, meydanda da hiss olunacaq. Hərə özünü fikirləşir. Həmişə belə şeylər olub".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin