“Rusiyaya buna görə rüsum tətbiq edilmədi” - ABŞ-dən açıqlama

19:25 - 6 Aprel 2025

“Rusiyaya buna görə rüsum tətbiq edilmədi” - ABŞ-dən açıqlama

“Rusiya ABŞ-nin tətbiq etdiyi tariflər siyahısına daxil edilməyib, çünki Vaşinqton hazırda Ukraynadakı münaqişənin həlli üçün onunla danışıqlar aparır”.

 

Manset.az İzvestiya nəşrinə istinadən xəbər verir ki, bunu Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hassett müsahibəsində deyib.

“Açığı, Rusiya və Ukrayna ilə danışıqlar gedir və düşünürəm ki, prezident iki məsələni qarışdırmamaq qərarına gəlib. Bu o demək deyil ki, Rusiyaya hər hansı digər ölkədən tamamilə fərqli münasibət göstəriləcək”, - məlumatda qeyd olunub.


Xəbər xətti

7 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin