Polşa Belarusla sərhəddə elektron maneənin quraşdırılmasını başa çatdırdı

18:25 - 6 Aprel 2025

Polşa Belarusla sərhəddə elektron maneənin quraşdırılmasını başa çatdırdı

Polşa Belarus ilə sərhəddə axan İstoçanka və Svisloç çaylarında videomüşahidə və hərəkət sensorlarından ibarət elektron baryerin quraşdırılmasını başa çatdırıb.

 

Manset.az xəbər verir ki, bu barədə Polşa Daxili İşlər Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

"Sərhəd Mühafizə Xidməti Svisloç və İstoçanka çaylarında quraşdırılmış elektron baryeri istifadəyə verib", – nazirliyin paylaşımında qeyd olunub.

Xatırladaq ki, bir həftə öncə sərhəd xidməti Belarusla sərhəddəki hasar boyunca elektron baryerin modernləşdirilməsi işlərinin başa çatdığı barədə məlumat vermişdi.


Xəbər xətti

8 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin