Azərbacan-Türkiyə-Gürcüstan üçtərəfli parlament formatı yaradılacaq

17:58 - 6 Aprel 2025

Azərbacan-Türkiyə-Gürcüstan üçtərəfli parlament formatı yaradılacaq

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş ilə görüşüb.

 

Manset.az xəbər verir ki, bu barədə Gürcüstan parlamenti məlumat yayıb. Bildirilib ki, görüş Özbəkistanın paytaxtı Daşkənddə davam edən Parlamentlərarası İttifaqın 150-ci Assambleyası çərçivəsində baş tutub.

Tərəflər yaxın vaxtlarda parlament sədrləri səviyyəsində Gürcüstan-Türkiyə-Azərbaycan üçtərəfli əməkdaşlıq formatının yaradılması ilə bağlı razılığa gəliblər.

Numan Kurtulmuşi Şalva Papuaşvilini Türkiyəyə dəvət edib.

Tərəflər Gürcüstan və Türkiyə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər.


Xəbər xətti

7 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin