Sənədsiz evlərlə bağlı yeni açıqlama
25 Noyabr 2024
11:35 - 29 Noyabr 2021
Şirvan şəhərində izahat alan polis əməkdaşı bıçaqlanıb.
Manşet.az "Kriminalqafqaz"a istinadən xəbər verir ki, hadisə şəhərin F.X.Xoyski küçəsində yerləşən məcburi köçkünlər üçün inşa edilmiş qəsəbədəki Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) rəisi Etibar Nəcəfovun iş otağında baş verib.
Qəsəbədə istilik sisteminin verilməməsi barədə sakinlər arasında narazı fikirlər yaratması haqda məlumat əsasında 1988-ci il təvəllüdlü Xəqani Əliyev izahatın alınması üçün ora dəvət olunub.
Həmin zaman X.Əliyev Şirvan Şəhər Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis baş leytenantı 1985-ci il təvəllüdlü Emin Budaqovun əlindən bıçaqla vuraraq xəsarət yetirib.
Xəqani Əliyev saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 221.3-cü (silahdan istifadə edilməklə xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin