Tikinti şirkətinin 2 əməkdaşı saxlanıldı - Cinayət işi açıldı

15:48 - 27 Mart 2025

Tikinti şirkətinin 2 əməkdaşı saxlanıldı - Cinayət işi açıldı

Xəbər verdiyimiz kimi, bu gün paytaxtın Yasamal rayonu Birinci Alatava yaşayış massivi Abdulvahab Salamzadə küçəsində tikinti şirkəti yaşayış olan evin bir hissəsini dağıdıb.


DİN-in Mətbuat Xidmətindən Manset.az-a bildirilib ki, həmin tikinti şirkətinin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb:

“Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb. Araşdırma aparılır”.


Xəbər xətti

1 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin