Aparıcının fikirlərinə görə “Kanal S”in yayımı dayandırılır – RƏSMİ
1 Aprel 2025
15:03 - 27 Mart 2025
Pakistanın Bəlucistan əyalətində magistral yolda silahlı hücum nəticəsində 5 nəfər ölüb.
Manset.az xəbər verir ki, bu barədə "Dawn" qəzeti məlumat yayıb.
Məlumata görə, polis rəsmiləri dünən gecə Bəlucistan əyalətinin Qvadar bölgəsində magistral yolda bir silahlı qrupun avtobusu saxladığını bildirib.
Səlahiyyətlilər silahlı şəxslərin magistral yolu bağladığını, sərnişinləri avtobusdan endirdiklərini, şəxsiyyət vəsiqələrini yoxladığını və onlardan beşini öldürdüyünü bildirib.
Pakistanın baş naziri Şahbaz Şərif hücumda həyatını itirənlərin ailələrinə başsağlığı verib. “Biz heç vaxt pis niyyətli insanların dövlət əleyhinə planlarında uğur qazanmasına imkan verməyəcəyik”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin