Hacı Qalib 35-ci dəfə Həccə getdi - "Nəhayət, 35 oldu"
26 Mart 2025
09:32 - 24 Mart 2025
Türkiyənin Cümhuriyyət Xalq Partiyası (CHP) İstanbul meri vəzifəsindən uzaqlaşdırılmış Əkrəm İmamoğlunun prezidentliyə namizədliyini rəsmən elan edib.
Manset.az xəbər verir ki, bu barədə ana müxalifət partiyası sosial şəbəkədə paylaşım edib.
“Yolumuz uzun, həyəcanı yüksək gəncliyimiz var!” başlıqlı paylaşım “Prezidentliyə namizədimiz Əkrəm İmamoğlu” yazılı şəkillə müşayiət olunub.
Xatırladaq ki, martın 23-də, İmamoğlunun “korrupsiya” işi üzrə istintaqı çərçivəsində həbs edildiyi gün, CHP prezidentliyə namizədin müəyyənləşdirilməsi üçün ilkin seçkilər keçirib. Partiya üzvləri üçün standart səsvermədən başqa, partiyasız şəxslərin də səs verə biləcəyi “həmrəylik məntəqələri” yaradılıb. CHP-nin sədri Özgür Özəl səsverməyə 15 milyona yaxın vətəndaşın qatıldığını açıqlayıb. İmamoğlu ilkin seçkilərin alternativsiz namizədi olub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin