"Taxıl sazişinin bərpası üzrə danışıqlar asan olmayacaq"- Peskov

20:53 - 23 Mart 2025

Bazar ertəsi Rusiya və ABŞ arasında Qara dəniz taxıl təşəbbüsünün bərpası ilə bağlı keçiriləcək danışıqlar asan olmayacaq.

 

Manset.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“RF Prezidenti Vladimir Putinin Qara dəniz təşəbbüsünün bərpasına razılığını müzakirə etməyi nəzərdə tuturuq, yenə də bizim danışıqçılarımız bu problem ətrafındakı nüansları müzakirə etməyə hazır olacaqlar ki, bu nüansların da sayı çox böyük”, – Kreml nümayəndəsi vurğulayıb.

“Əvvəllər, Qara dəniz sazişinin zəmanətçisi BMT-nin Baş katibi cənab Antoniu Quterriş olduğu zaman, biz bütün öhdəliklərimizi yerinə yetirdik, lakin bizə qarşı öhdəliklər icra olunmadı. Buna görə də yenə də asan olmayan danışıqlar gözlənilir”, – Peskov qeyd edib.


Xəbər xətti

26 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin