Qəzzada 50 mindən çox fələstinlinin öldüyü açıqlandı

18:35 - 23 Mart 2025

Qəzzada 50 mindən çox fələstinlinin öldüyü açıqlandı

2023-ci ilin oktyabrından bəri Qəzza zolağında hərbi əməliyyatlar nəticəsində ölən fələstinlilərin sayı 50 min nəfəri keçib.

 

Manset.az xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi teleqramda bildirib.

“2023-ci ilin oktyabrından bəri İsrailin təcavüzü nəticəsində həlak olanların sayı 50 021-ə çatıb, daha 113 274 nəfər yaralanıb”, – nazirliyin hesabatında qeyd olunub.

Qəzza Səhiyyə Nazirliyi son 24 saat ərzində bölgədə 41 nəfərin öldüyünü, 61 nəfərin yaralandığını açıqlayıb.


Xəbər xətti

25 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin