Xırdalanda su olmayacaq

22:12 - 21 Mart 2025

Xırdalanda su olmayacaq

Xırdalan şəhərində su təchizatı müvəqqəti dayandırılıb.

 

Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.

Bildirilib ki, Abşeron rayonunun Xırdalan şəhərində diametri 1 000 mm olan kanalizasiya borusunda yaranmış qəza ilə əlaqədar Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı idarəsi təmir-bərpa işləri aparır.

Bu səbəbdən, Xırdalan şəhərində su təchizatı 21 mart 2025-ci il tarixində saat 22:00-dan etibarən dayandırılıb.


Xəbər xətti

22 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin