Azərbaycanın məşhur Xalq artisti vəfat etdi - FOTO
26 Noyabr 2024
20:43 - 27 Noyabr 2021
"Neftçi"ni təbrik edirəm. Ağır oyun olacağını bilirdik. Rəqib 3 görüşdə məğlub olmuşdu. Bizə hər qarşılaşma çətin olur. Bacardığımız qədər yaxşı hazırlaşmaq istəyirdik".
Manset.az-ın məlumatına görə, bu fikirləri "Səbail"in məşqçisi Vüqar Məmməd "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XII tur oyunundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis futbolçuların əllərindən gələni etdiyini bildirib: "Növbəti matça hazırlaşacağıq. Rahid Əmirquliyev bizim kapitanımızdır. Ona istirahət vermək istəyirdik. Bu səbəbdən ehtiyatdan oyuna girdi. Ruslan Hacıyevin isə ikinci yarıda meydana daxil olması taktiki gedişlə bağlı idi".
Məmməd Kamran Ağayevin görüşün sonunda tez paltardəyişmə otağına yollanmasına münasibət bildirib: "Onun epizoduna yaxın idim. "Neftçi"nin futbolçusu həmin vaxt üzr istəməli idi. Amma gülərək çıxıb getdi. İndi Kamran Ağayevin qaş nahiyəsində çat əmələ gəlib. Ağayev artıq sakitləşib".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin