Ramazanın 22-ci günü - İmsak və iftar vaxtı
22 Mart 2025
14:02 - 21 Mart 2025
Çinin BMT-dəki (BMT) Daimi Nümayəndəliyinin müşaviri Sun Zhiqiang BMT Təhlükəsizlik Şurasının Fələstin- İsrail məsələsi üzrə sessiyasındakı çıxışında beynəlxalq ictimaiyyəti siyasi prosesi sürətləndirməyə və iki dövlətli həll planının həyata keçirilməsi üçün daha çox səy göstərməyə çağırıb.
Manset.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.
Bildirilib ki, İsrail daha çox insan tələfatı və dağıntıya səbəb olan hücumu bərpa etdikdən sonra atəşkəs razılaşması tamamilə pozulub. İsraili Qəzzaya hücumlarına son qoymağa çağıran Sun atəşkəsin davamlı şəkildə həyata keçirilməsi üçün qarant ölkələrin ədalətli və məsuliyyətli hərəkət etməli və üç mərhələli razılaşmanın tam şəkildə həyata keçirilməsi üçün lazımi addımları atmalı olduqlarını bildirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin