Ramazanın 22-ci günü - İmsak və iftar vaxtı
22 Mart 2025
10:06 - 21 Mart 2025
Ankarada tərk edilmiş binanın bağçasında 6 yaşlı qız meyiti tapılıb.
Manset.az türk mediasına istinadən xəbər verir ki, meyiti tapılan 6 yaşlı əcnəbi qızın atası qızının öldürüldüyünü iddia edib.
"Qızım tapılanda paltarı yox idi. Üzərini neylonla örtüb yandırmağa çalışıblar. Bədənində it dişləmələri var, amma o it qızımın paltarını necə çıxara bilərdi?"
İt hücumu nəticəsində öldüyü güman edilən uşağın cəsədi üzərində aparılan müayinələrdə şübhəli bir vəziyyətə rast gəlinmədiyi öyrənilib.
Hadisə ötən gün saat 16:00 radələrində Altındağ rayonu Yıldıztəpə məhəlləsində 219-cu küçədə baş verib. Daxil olan məlumata görə, ərazidə olan vətəndaşlar tərk edilmiş binanın yanındakı bağda uşaq meyiti aşkar ediblər. Məlumatı alan polis qrupları əraziyə sövq edilib və araşdırma zamanı cəsədin 6 yaşlı suriyalı qız Fatma Elmuhammedə aid olduğu müəyyən edilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin