Ramazanın 22-ci günü - İmsak və iftar vaxtı
22 Mart 2025
08:45 - 21 Mart 2025
Övlad sahibi olmaq istəyənlər üçün qan qrupu uyğunluğu məsələsi vacib məqamlardan biridir.
Xüsusilə, Rh (Rhezus) faktorunun uyğunluğu bəzi hallarda hamiləliyə təsir göstərə bilər.
Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, uşağın qan qrupu valideynlərin genetik xüsusiyyətlərindən asılıdır.
AB0 qan qrupu sistemi üzrə valideynlər arasında xüsusi bir məhdudiyyət olmasa da, bəzi hallarda Rh faktorunun uyğunsuzluğu hamiləlik zamanı problemlərə səbəb ola bilər.
Rh faktorunun rolu:
Ana Rh (+), ata Rh (+) → Problem yoxdur.
Ana Rh (-), ata Rh (-) → Problem yoxdur.
Ana Rh (-), ata Rh (+) → Riskli vəziyyət yarana bilər.
Əgər ana Rh mənfi (-), ata isə Rh müsbət (+) qan qrupuna malikdirsə, bu zaman Rh uyğunsuzluğu baş verə bilər. İlk hamiləlikdə ciddi problem yaranmasa da, növbəti hamiləliklərdə ananın immun sistemi Rh müsbət dölü yad cisim kimi qəbul edərək ona qarşı antitellər yarada bilər. Bu, dölün hemolitik xəstəliyinəsəbəb ola bilər. Bunun qarşısını almaq üçün hamiləliyin müəyyən mərhələlərində anti-D immunoqlobulinpeyvəndi vurulur.
Sağlam övlad üçün hansı qan qrupları daha uyğundur?
Qan qrupu fərqliliyi ciddi problemlər yaratmasa da, Rh faktoruna diqqət yetirmək vacibdir. Tibbi baxımdan sağlam hamiləlik üçün qan qrupundan daha çox genetik faktorlara və ümumi sağlamlıq durumuna diqqət yetirmək lazımdır.
Həkimlər bildirir ki, qan qrupu uyğunluğu sağlam övlad dünyaya gətirmək üçün yeganə şərt deyil. Əsas olan hamiləlik müddətində mütəmadi tibbi nəzarət və həkim məsləhətlərinə əməl etməkdir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin