Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - VİDEO

17:51 - 19 Mart 2025

Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - VİDEO

​Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov martın 19-da respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

 

Manset.az DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Bakı şəhərində keçirilən sıra baxışında nazirliyə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 184 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb. Onlardan 16 nəfəri Vətən müharibəsi iştirakçısıdır.

Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.



Xəbər xətti

20 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin