Qala Qoruğunda Bahar Coşğusu -Fotolar

19:36 - 18 Mart 2025

Qala Qoruğunda Bahar Coşğusu -Fotolar

18 mart 2025-ci il tarixində Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda möhtəşəm “Bahar Sədası” Novruz şənliyi keçirilib. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkil etdiyi tədbir baharın gəlişini qeyd edənlər üçün unudulmaz anlar yaşadıb.

 

Manset.az xəbər verir ki, tədbirdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, şəhid ailələri, qazilər və rayon ağsaqqalları iştirak edirdi.

Şənliyə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Bakı Şəhər Gənclər və İdman İdarəsi, peşə məktəbləri də qoşulmuşdu. Gün boyunca Peşə məktəblərinin nümayəndələri öz bacarıqlarını sərgilədi, sənətkarlar bazarında əl işləri təqdim olundu, açıq səma altında yerləşən Arxeoloji-Etnoqrafik Muzey Kompleksində dulusçuluq, xalçaçılıq, daşoyma kimi qədim sənət nümunələri nümayiş olundu.

Qala qoruğunun meydançasında qurulmuş səhnədə tanınmış xalq artistlərinin rəngarəng musiqi nömrələri, rəqs qruplarının, nağara ansambllarının,qarmon ifaçılarının çıxışları könülləri oxşayıb.

Qonaqlar üçün milli boyama dərsləri, taxıl pannosu, amulet və talisman hazırlanması, parçadan kuklalar, kətan üzərində rəsm çəkmə, kukla teatrı və kitab məclisi kimi maraqlı ustad dərsləri təşkil olundu. Hər kəs öz yaradıcılığını sınayaraq Novruzun ruhunu hiss etdi. Şənlik boyu qonaqlar milli şirniyyatların hazırlanmasını izləyib dadına baxır, ustaların məharətlə hazırladığı ləziz təamları nuş edir, musiqi və rəqs nömrələrindən zövq alırdılar. Meydanı bəzəyən tonqalların alovu, xalq oyunlarının şən səsləri və rəngarəng tədbirlər Novruzun əsl ruhunu yaşatdı. Baharın gəlişi hər kəsin çöhrəsindəki təbəssümdə, meydanı bürüyən xoş əhval-ruhiyyədə öz əksini tapdı.

Burada qonaqlar üçün milli boyama dərsləri, taxıl pannosu, amulet və talisman hazırlanması, parçadan kuklalar, kətan üzərində rəsm çəkmə, kukla teatrı və kitab məclisi kimi interaktiv ustad dərsləri təşkil olundu. Bundan başqa milli şirniyyatların hazırlanmasını izləyərək, ustaların hazırladığı ləziz təamları dadaraq musiqi və rəqs nömrələrini izləmək, novruz ənənələrinin canlandırıldığı şənlikdə meydanı bəzəyən tonqallar, xalq oyunları və rəngarəng tədbirlər hər kəsə bayram sevincini yaşatdı.



Xəbər xətti

20 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin