BMT İsraili atəşkəsə əməl etməyə çağırdı

16:47 - 18 Mart 2025

BMT İsraili atəşkəsə əməl etməyə çağırdı

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterres İsrailin son hücumlarından sonra Qəzza zolağında atəşkəsə əməl etməyə çağırıb.

 

Manset.az xəbər verir ki,  Antonio Quterres Qəzzaya təşkil etdiyi hava hücumlarında bu qədər fələstinli mülki vətəndaşın öldürülməsindən narahat olduğunu bildirib..

“Şiddətlə atəşkəsə əməl etməyə, humanitar yardım axınının maneəsiz bərpasına və qalan məhbusların qeyd-şərtsiz azad edilməsinə çağırır”.

Qəzzada Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada, atəşkəsi pozduqdan sonra İsrailin bu səhər Qəzzada başlatdığı hücumlarda 326 nəfərin həyatını itirdiyi bildirilib.

Bildirilib ki, İsrail ordusu məcburi köçkün fələstinlilərin çadırları, sığındıqları məktəblər və mülki şəxslərin evləri də daxil olmaqla Qəzza zolağını intensiv şəkildə bombalayıb.


Xəbər xətti

19 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin