Aİ Ukraynaya yardım paketi hazırlayır

17:07 - 17 Mart 2025

Aİ Ukraynaya yardım paketi hazırlayır

Avropa İttifaqı (Aİ) ölkələri Ukraynaya təxminən 3,5 milyard avro maliyyə dəstəyi göndərilməsini təsdiqləyib.

 

Manset.az  xəbər verir ki, Avropa Şurası 2027-ci ilə qədər Ukraynaya 50 milyard avro maliyyə dəstəyi vermə planı çərçivəsində üzv dövlətlər tərəfindən üçüncü müntəzəm ödəniş qərarının qəbul edildiyini açıqlayıb.

Bəyanatda deyilir ki, Ukrayna təxminən 3,5 milyard avroluq fondu almaq üçün lazımi şərtləri və islahatları yerinə yetirib.

Açıqlamada Aİ-nin Ukraynanın makromaliyyə sabitliyinə, iqtisadi dirçəlişinə və yenidən qurulmasına dəstək verəcəyi və üçüncü ödənişlə ölkənin bir il əvvəl qüvvəyə minmiş Ukrayna Fondu çərçivəsində təxminən 20 milyard avro vəsait əldə edəcəyi qeyd edilib.


Xəbər xətti

18 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin