Bu gün ilaxır çərşənbədir
18 Mart 2025
09:22 - 17 Mart 2025
BMT-nin Ümumdünya Ərzaq Proqramı xəbərdarlıq edib ki, İsrailin davam edən humanitar yardım blokadası səbəbindən Qəzza zolağında ərzaq təchizatı vəziyyəti kritikdir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İsrailin Fələstin anklavını tam blokadaya alması, artıq 15-ci gündür ki, artıq ərzaq qiymətlərinin kəskin artmasına səbəb olub.
Yanvarın ortalarında İsrail və Fələstinin radikal HƏMAS hərəkatı Misir, Qətər və ABŞ-ın vasitəçiliyi ilə atəşkəs elan etmək barədə razılığa gəliblər. Martın 2-də İsrail Qəzzaya humanitar yardımın daşınmasını əngəlləyib və HƏMAS-ın ABŞ prezidentinin elçisi Steven Witkoff-un Fələstin anklavında atəşkəslə bağlı danışıqları davam etdirmək planını qəbul etməkdən imtina etməsi ilə əlaqədar bütün keçidləri bağlayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin