Türkiyədə bu platformalarla bağlı araşdırma aparılır

18:15 - 16 Mart 2025

Türkiyədə bu platformalarla bağlı araşdırma aparılır

Türkiyə Rəqabət Qurumu, abunə əsaslı istəyə bağlı video xidməti təqdim edən rəqəmsal platformalar - Netflix, Disney+, Exxen, BluTV, Amazon və Gain haqqında rəqabət qanunvericiliyinin pozulması iddiaları ilə bağlı araşdırma başladıb.

 

Manset.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.

Araşdırmanın məqsədi və əhatə dairəsi

Rəqabət Qurumu, bu platformaların rəqabəti məhdudlaşdırıcı anlaşma və tətbiqlərlə qanunu pozub-pozmadığını araşdıracaq. Xüsusilə, Netflix-in məzmun lisenziya müqavilələri çərçivəsində rəqabəti məhdudlaşdırıcı davranışlarının olub-olmadığı yoxlanılacaq.

Rəqabət Qurumu tərəfindən edilən açıqlama

Rəqabət Qurumunun internet saytında yayımlanan açıqlamada, sözügedən müəssisələrə qarşı ilkin araşdırma ilə bağlı qərar verildiyi bildirilib. Əldə edilən məlumat və sənədlərin ciddi və yetərli olduğu qeyd edilərək, bu müəssisələr haqqında araşdırma aparılması qərara alınıb.


Xəbər xətti

17 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin