Serbiya prezidenti istefa verəcəkmi? - AÇIQLAMA

17:00 - 16 Mart 2025

Serbiya prezidenti istefa verəcəkmi? - AÇIQLAMA

 Serbiya Prezidenti Aleksandar Vuçiç ölkədə baş verən etirazlar fonunda istefa verməyə hazırlaşmır.

 

Manset.az Gazeta.ru-ya istinadən xəbər verir ki, o, bunu Belqradda müxalifətin böyük mitinqinin keçirilməsindən sonra mətbuat konfransında bildirib.

Serbiya lideri vurğulayıb ki, ordunun hesablamalarına əsasən, Belqradda keçirilmiş etirazlarda 88 min nəfər iştirak edib, polis isə iştirakçıların sayının 107 min nəfər olduğunu bəyan edib.

Onun sözlərinə görə, bu rəqəmlər müxalifətçilərin özlərinin göstərdiyi rəqəmlərdən xeyli azdır.

2024-cü ilin noyabrından Serbiyada tələbələrin və müxalifətin hökumətə qarşı aksiyaları keçirilir. Etirazların əsas səbəbi ötən il noyabrın 1-də Novi-Saddakı dəmiryol vağzalında 15 nəfərin ölümü ilə nəticələnən faciədir.


Xəbər xətti

17 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin