Azərbaycanın məşhur xalq artisti vəfat etdi - SON DƏQİQƏ
17 Mart 2025
12:05 - 16 Mart 2025
Bölgələrdə həkim çatışmazlığı aradan qaldırılacaq. Bu istiqamətdə müəyyən araşdırmalar aparılır və yaxın 6-8 həftə ərzində artıq son sənəd təqdim oluna bilər.
Manset.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.
Nazir onu da bildirib ki, gələn ay plastik cərrahların sənədlərinin yoxlanılması da başa çatacaq.
Teymur Musayev antibiotiklərin reseptsiz satışından söz açıb. O qeyd edib ki, Antibiotiklərin reseptsiz satışı qadağandır. Pasiyentlər həkimdən elektron reseptin istifadəsini tələb etsə, bu problem aradan qalxacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin