Rusiya ilə sülh danışıqlarında Ukraynanı onlar təmsil edəcək

18:45 - 15 Mart 2025

Rusiya ilə sülh danışıqlarında Ukraynanı onlar təmsil edəcək

Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna tərəfini Rusiya ilə sülh danışıqlarında təmsil edəcək hökumət üzvlərinin siyahısını təsdiqləyib.

 

Manset.az strana.ua portalına istinadən xəbər verir ki, onların arasında ölkənin Prezident Ofisinin rəhbəri Andrey Yermak, Prezident Ofisi rəhbərinin müavini Pavel Palisa, xarici işlər naziri Andrey Sibiqa, müdafiə naziri Rustam Umerov yer alıb.

Nümayəndə heyətinə A. Yermak rəhbərlik edəcək.

Ukrayna Prezidenti Volodimir Zelenski tərəflər arasında Ciddə danışıqlarını şərh edib.

O deyib ki, danışıqlarda ölkəsinin ərazi bütövlüyü, eləcə də Ukrayna ərazisində sülhməramlı kontingentin yerləşdirilməsinin mümkünlüyü ətrafında müzakirələr aparılıb.

Ukrayna lideri Böyük Britaniya və Fransanın rolunu da xüsusi qeyd edib. Eyni zamanda V. Zelenski deyib ki, tərəfdaşları ölkəsi üçün “qırmızı xətt”in mövcudluğu barədə məlumatlıdır.

Zelenski ölkəsinin postmüharibə dövründə bərpası prosesində ABŞ və Avropanın iştirakına ümidvar olduğunu sözlərinə əlavə edib.


Xəbər xətti

16 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin