Bal istehsalı artdı, qiymət ucuzlaşacaq? - AÇIQLAMA

15:45 - 15 Mart 2025

Bal istehsalı artdı, qiymət ucuzlaşacaq? - AÇIQLAMA

"Azərbaycanda arıçılıq son illərdə sürətlə inkişaf edir. Arı ailələrinin sayı artır və hazırda təxminən 750 min arı ailəsi mövcuddur. Ölkədə 30 mindən çox insan arıçılıqla məşğuldur”.

 

Manset.az Metbuat.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.

Onun sözlərinə görə, 2024-cü ildə bal istehsalı təxminən 8 min ton təşkil edib. Azərbaycanın daxili tələbatı isə 7 min ton civarındadır. Bu da o deməkdir ki, ölkədə bal istehsalı tələbatdan artıqdır.

B.Həsrətov balın ucuzlaşmasından danışarkən bunun mümkün olmadığını qeyd edib:

“Çünki bütün məhsulların qiymətləri dəfələrlə bahalaşdığı halda, balın qiyməti isə cüzi şəkildə artır. Bunun əsas səbəbi arıçılıqda istifadə olunan avadanlıqların, ləvazimatların, dərman və yem əlavələrinin xaricdən gətirilməsidir. Bu məhsulların qiyməti ilbəil artdığı üçün balın qiymətini aşağı salmaq mümkün olmur. Bununla belə, balın qiymətində fantastik artım da müşahidə edilmir. Hazırda bazarda balın satış qiyməti təxminən 25-30 manat arasında dəyişir”.


Xəbər xətti

16 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin