Məşhur müğənni övladını itirdi

22:16 - 26 Noyabr 2021

Məşhur müğənni övladını itirdi

Dünyaca məşhur müğənni Cessi Cey övladını itirib.

Manşet.az xəbər verir ki, hamilə olan müğənni bu barədə İnstaqram hesabında məlumat verib. O, həkimə getdiyini və körpəsinin ürəyinin dayandığını öyrəndiyini bildirib:

"Bu gün duyğularımı idarə edə bilmirəm. Tək bildiyim mahnı oxumaq istəyirəm. Kədərdən qaçdığım üçün yox, bu gecə mahnı oxumağın mənə kömək edəcəyini bilirəm. Bəzi insanlar düşünür ki, konsertimi təxirə salmalıyam. Bu həyatda övlad sahibi olmağı çox istəyirdim. Hamilə qalmağım möcüzə idi, unutmayacağım təcrübə oldu. Hələ də şokdayam, kədərliyəm. Ancaq güclü olduğumu və bunun da öhtəsindən gələcəyimi bilirəm. Dünyanın bir çox yerində bu ağrını çəkən qadınlar var. Onlarla aramızda bağ olduğunu bilirəm. Bu dünyanın ən yalnız hissidir".

Qeyd edək ki, Cessi övladının atasının kim olduğunu açıqlamayıb. O, ötən ay rəqqas sevgilisi Maks Framdan ayrılıb. Maksdan əvvəl isə Cessi aktyor Çenninq Tatumla münasibətdə olub.


Xəbər xətti

19 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin