“Yelobank”ın filial müdiri müştərinin çənəsini sındırıb?
13 Mart 2025
12:50 - 13 Mart 2025
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” 2008-ci il 23 may tarixli 2834 nömrəli, “Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 2009-cu il 16 yanvar tarixli 118 nömrəli və “Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 2013-cü il 7 mart tarixli 2784 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Manset.az xəbər verir ki, sərəncamda deyilir:
1. “Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 23 may tarixli 2834 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 5, maddə 423 (Cild I) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. “əmək və əhalinin sosial müdafiəsi” sözləri “maliyyə” sözü ilə əvəz edilsin;
1.2. “Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini” abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:
“Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini”.
2. “Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 16 yanvar tarixli 118 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 1, maddə 18 (Cild I) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
2.1. “əmək və əhalinin sosial müdafiəsi” sözləri “maliyyə” sözü ilə əvəz edilsin;
2.2. “Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini” abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:
“Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini”.
3. “Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 7 mart tarixli 2784 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 3, maddə 290 (Cild I) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. “əmək və əhalinin sosial müdafiəsi” sözləri “maliyyə” sözü ilə əvəz edilsin;
3.2. “Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini” abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:
“Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini”.
4. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1–3-cü hissələri ilə edilən dəyişikliklər barədə qarşı tərəflərə müvafiq bildirişlər göndərsin.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin