Neft Emalı Zavodunda baş vermiş yanğınla bağlı cinayət işi açıldı - Saxlanılan var
13 Mart 2025
10:34 - 13 Mart 2025
Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyaya rəsmi səfərə gedib.
Manset.az xəbər verir ki, bu barədə BELTA agentliyi məlumat yayıb .
Kremldə Rusiya prezidenti Vladimir Putinlə danışıqlar baş tutacaq. Dövlət başçıları təkbətək formatda, daha sonra isə nümayəndə heyətləri üzvlərinin iştirakı ilə geniş tərkibdə ölkələr arasında əməkdaşlığın inkişafı və qarşılıqlı fəaliyyətin perspektiv sahələrini müzakirə edəcəklər. İnteqrasiya formatlarında birgə iş də diqqət mərkəzindədir. Ölkələrin liderləri mövcud beynəlxalq vəziyyətlə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.
Danışıqların yekununda sənədlər paketinin imzalanacağı gözlənilir. Səfərin proqramına rəsmi statusunda nəzərdə tutulmuş bir sıra digər tədbirlər də daxildir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin