Milli dəb sənayesinin inkişafına həsr olunan dəyirmi masa keçirildi - FOTOLAR

17:45 - 12 Mart 2025

Milli dəb sənayesinin inkişafına həsr olunan dəyirmi masa keçirildi - FOTOLAR

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yaradıcı Azərbaycan” tədbiri çərçivəsində Heydər Əliyev Mərkəzində milli dəb sənayesinin inkişafına həsr olunan dəyirmi masa keçirilib. 

 

Manset.az xəbər verir ki, tədbirdə nazir müavini Murad Hüseynov, Azərbaycanın əməkdar incəsənət xadimi, "Fakhriya Khalafova" moda evinin təsisçisi Fəxriyə Xələfova, dəb sənayesinin nümayəndələri, dizaynerlər, dəb həftələrinin təşkilatçıları və dəb sahəsində fəaliyyət göstərən təlim və tədris mərkəzlərinin rəhbərləri iştirak ediblər. 

Nazir müavini Murad Hüseynov nazirliyin “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində mədəni və yaradıcı sənayelərin, xüsusilə də milli dəb sənayesinin inkişafına yönəlmiş fəaliyyətləri barədə məlumat verib.  Azərbaycanın əməkdar incəsənət xadimi Fəxriyə Xələfova ölkədə dəb mədəniyyətinin inkişaf yolundan danışaraq, bu sahədə yeni istedadların üzə çıxarılmasının, dəb sahəsinin inkişafına yönəlmiş tədbirlərin paytaxt ilə yanaşı, ölkənin regionlarında da keçirilməsinin önəmli olduğunu qeyd edib. 

Çıxışlardan sonra Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin “Yaradıcı dəb” layihəsi ilə bağlı təqdimat həyata keçirilib və dəyirmi masa müzakirələrinə start verilib. Dəyirmi masa zamanı yerli dizaynerlər və brendlər üçün dövlət dəstəyi mexanizmlərinin əhəmiyyəti və inkişaf imkanları, dəb sahəsində təhsil, kadr hazırlığı və peşəkar inkişaf imkanlarıkimi aktual mövzular iştirakçılar tərəfindən geniş müzakirə edilib.



Xəbər xətti

13 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin