"ABŞ Ukraynadan dronların yaradılması üçün kömək istəyib"- KİV

08:47 - 12 Mart 2025

Amerika startapları və ukraynalı dron istehsalçıları ABŞ ordusu üçün daha effektiv pilotsuz təyyarələr hazırlamaq üçün birləşirlər.

 

Manset.az xəbər verir ki, bu barədə "The Wall Strett Journal" məlumat yayıb  .

Nəşrin məlumatına görə, Pentaqon Ukrayna texnologiyalarına artan maraq göstərir. Qeyd olunur ki, Amerika startapları milyardlarla dollar xərcləyərək effektiv və ucuz İHA modellərinin yaradılmasında çətinliklərlə üzləşiblər. Bu arada, Ukrayna istehsalçıları 2023-cü ildə 2 milyondan çox avadanlıq istehsal ediblər.

Qəzet vurğulayır ki, ABŞ və Ukrayna arasında pilotsuz təyyarələrin inkişafı sahəsində əməkdaşlığın Ukraynada mümkün sülh nizamlanmasına dair danışıqlara baxmayaraq, çox güman ki, davam edəcək. 


Xəbər xətti

12 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin