Bakıda 110 yaşlı şəxs əməliyyat olundu
12 Mart 2025
18:21 - 11 Mart 2025
İspaniyanın Toledo əyalətinin Talavera de la Reina şəhərində daşqınlara görə Kastilya-La-Mança Universiteti də daxil olmaqla 7 təhsil müəssisəsini təxliyə edilib.
Manset.az xəbər verir ki, bu haqda universitetin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Taxo çayında suyun səviyyəsinin xüsusilə təhlükəli qalxması səbəbindən dərslər dayandırılıb.
Dərslərin müvəqqəti dayandırılması ilə bağlı qərar martın 11-də səhər saatlarında, tələbələrin artıq dərsdə olduğu vaxt verilib. Təxliyə çayın yatağına yaxın və potensial daşqın zonalarında yerləşən təhsil müəssisələrini əhatə edib. Məktəb rəhbərliyi təhlükə səviyyəsinin arta biləcəyi barədə xəbərdarlıq edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin