Sabah bu ərazidə qaz olmayacaq
10 Mart 2025
15:08 - 10 Mart 2025
BMT nümayəndə heyəti Suriyanın qərbində, Suriya təhlükəsizlik qüvvələri ilə ölkənin keçmiş prezidenti Bəşər Əsəd tərəfdarları arasında genişmiqyaslı toqquşmaların baş verdiyi Latakiya və Tartus əyalətlərinə səfər edib.
Manset.az xəbər verir ki, bu barədə Suriyanın "Al Watan" qəzeti təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, təşkilatın əməkdaşları devrilmiş rejimin hücumlarından sonra baş vermiş hadisələri araşdırmaq üçün toqquşmaların olduğu bölgələrə gəliblər.
Nümayəndə heyəti hazırda Latakiya və Tartusda vətəndaş münaqişəsi tərəfləri arasında döyüşlərin dinc sakinlər arasında itkilərlə nəticələnən yaşayış məntəqələrinə baş çəkir.
Qeyd edək ki, martın 6-da Latakiya, Tartus və Homs əyalətlərində Suriyanın keçid hökumətinin təhlükəsizlik qüvvələri ilə Əsədi dəstəkləyən silahlı qruplar arasında toqquşmalar başlayıb. Ən şiddətli döyüşlər keçmiş prezidentin ailəsinin mənsub olduğu etnik və dini azlıq olan ələvilərin məskunlaşdığı Cebla şəhərində baş verib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin