Sahil Babayev kadr islahatına başladı - Rektorun qardaşı işdən çıxarıldı
10 Mart 2025
11:00 - 10 Mart 2025
"Bağışlayın dostlar, sizi sevindirə və qalib gələ bilmədim".
Manset.az xəbər verir ki, bunu Azərbaycanın Qarışıq döyüş sənəti (MMA) üzrə döyüşçüsü Rafael Fiziyev sosial şəbəkə hesabında yazıb.
O, paylaşımında Las-Veqasda "UFC-313" turnirindəki revanş görüşündə amerikalı Castin Qeyciyə yenidən uduzmasını şərh edib.
Fiziyev hakimlərin yekdil qərarı ilə rəqibinin qalib gəldiyi döyüşün nəticəsindən məyus olduğunu bildirib: "Castini təbrik edirəm. Oktoqonı yenidən onunla bölüşmək möhtəşəm idi".
Xatırladaq ki, Fiziyev 2023-cü ildə Londonda amerikalı ilə döyüşüb və həmin görüşdə də məğlub olub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin