Nazir rəisi vəzifəsindən azad edib inspektor təyin etdi

11:39 - 28 İyun 2021

Nazir rəisi vəzifəsindən azad edib inspektor təyin etdi

Daxili İşlər Nazirliyində kadr təyinatı olub.

Manset.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Rəhimzadə İlqar Şirinbəy oğlu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə tabe olan Lənkəran regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinin axtarış üzrə inspektoru vəzifəsinə təyin olunub.

İlqar Rəhimzadə bundan əvvəl Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi vəzifəsində işləyib.


Xəbər xətti

4 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin