Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşları qəzaya düşdü - Ölən var

20:35 - 6 Mart 2025

Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşları qəzaya düşdü - Ölən var

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qəzaya düşüb.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Ağdam-Füzuli yolunda baş verib.

Belə ki, Məmmədova Svetlana və Fərzəliyev Rafet xidməti vəzifələrini yerinə yetirərkən Ağdam-Füzuli  yolunda  avtomobil qəzasına uğrayıblar. 

Məmmədova Svetlana hadisə yerində dünyasını dəyişib, Fərzəliyev Rafət isə xəsarət alıb və xəstəxanaya yerləşdirilib.


Xəbər xətti

7 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin