Mehriban Əliyeva Gəncə şəhərinə səfər etdi - Fotolar
7 Mart 2025
20:50 - 6 Mart 2025
Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makrona cavab verib.
Manset.az Rusiya KİV-ə istinadən xəbər verir ki, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Ukrayna müharibəsinin iştirakçılarının anaları ilə görüşdə çıxış edən Rusiya dövlət başçısı hələ də Napoleonun dövrünə qayıtmaq istəyənlərin olduğunu söyləyib.
Putin söyləyib ki, onlar bunun necə başa çatdığını yaddan çıxarıblar.
Ölkə başçısı xüsusi hərbi əməliyyatlarda iştirak edən hərbçilər sayəsində Makron kimilərinin istəyinin reallaşmayacağını nəzərə çatdırıb.
Xatırladaq ki, martın 5-də Makron Rusiyanın Fransa və bütün Avropa üçün təhlükə yaratdığını bildirərək, Avropa İttifaqını müdafiə etmək üçün Fransanın nüvə silahından istifadə imkanlarını müzakirə etməyə çağırıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin