Xarkovda kütləvi məzarlıq aşkarlandı

19:50 - 6 Mart 2025

Xarkovda kütləvi məzarlıq aşkarlandı

“Ukraynanın Xarkov vilayətinin Kupyansk şəhəri yaxınlığında 17 mülki şəxsin cəsədi olan kütləvi məzarlıq aşkar edilib”.

 

Manset.az xəbər verir ki, bu barədə Xarkov vilayəti üzrə Rusiya Mülki-Hərbi Administrasiyasının rəis müavini Yevgeni Lisnyak bildirib:

“Ukrayna ordusundan azad edilən bəzi kəndlərdə zorakılıq qurbanı olmuş dinc sakinlərin cəsədləri tapılıb. Müharibə Cinayətlərinin Aşkarlanması Mərkəzinin əməkdaşları geri çəkilərkən Ukrayna Silahlı Qüvvələrinin bölmələri tərəfindən yaradılan üç məzar tapıblar. İlkin məlumatlara görə, biri uşaq olmaqla 17 mülki şəxs Ukrayna ordusunun qurbanı olub”.

Lisnyak, cəsədlərin əksəriyyətində boğulma, məcburi saxlanma və güllə yaraları əlamətlərinin olduğunu qeyd edib.

Onun sözlərinə görə, Ukrayna əsgərlərinin mülki şəxslərə qarşı zorakılığının əsas səbəbi yerli sakinlərin təxliyədən imtina etməsi və Rusiya hərbçiləri ilə əməkdaşlıq barədə əsassız iddialar irəli sürülməsi olub.

O bildirib ki, məzaqrlıq Ukrayna Silahlı Qüvvələrinin geri çəkilməsindən sonra aşkarlanıb.


Xəbər xətti

7 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin