Badamdarda niyə qaz yoxdur? - RƏSMİ CAVAB

17:05 - 6 Mart 2025

Badamdarda niyə qaz yoxdur? - RƏSMİ CAVAB

Bakının Səbail rayonunda yeraltı orta təzyiqli qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi məqsədilə bu gün saat 13:30-dan etibarən qaz təchizatı dayandırılıb.

 

Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, hazırda təmir-bərpa işləri aparılır.

Səbail rayonunun Badamdar qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.


Xəbər xətti

6 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin