"Ukrayna öz ordusunu təkbaşına gücləndirə bilməyəcək"- Şolz

16:52 - 6 Mart 2025

Almaniya kansleri Olaf Şolz bildirib ki, Aİ liderləri ABŞ-nin Kiyevə gələcək dəstəyini necə təmin edəcəyini müzakirə etmək üçün fövqəladə sammit keçirəcəklər.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Şolz bu barədə jurnalistlərə bildirib. 

"Düşünürəm ki, vacib olan ilk şey Avropadan maliyyə və hərbi yardımın davam etdirilməsini təmin etməkdir. İkincisi, biz soyuqqanlılığımızı saxlamalı və ABŞ-nin dəstəyinin qarşıdakı aylarda və illərdə də davam etdiriləcəyinə əmin olmalıyıq".

Kansler bəyan edib ki, Ukraynanın güclü ordusu olmalıdır.


Xəbər xətti

6 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin