"Fənərbağça" və "Qalatasaray" rəqib oldu

16:38 - 6 Mart 2025

Futbol üzrə Türkiyə Kubokunda 1/4 final mərhələsinin püşkü atılıb.

 

Manset.az xəbər verir ki, bu raundda İstanbul təmsilçilərindən "Fənərbağça" "Qalatasaray"la üz-üzə gələcək.

"Beşiktaş" "Göztəpə" ilə, "Konyaspor" "İskəndərunspor"la, "Trabzonspor" isə "Bodrumspor"la münasibətlərə aydınlıq gətirəcək. 

Qeyd edək ki, 1/4 final mərhələsi bir oyundan ibarət olacaq. Qarşılaşmalar adları birinci göstərilən komandaların (səpələnmişlərin) meydanında reallaşacaq.


Xəbər xətti

6 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin