Mehriban Əliyeva Gəncə şəhərinə səfər etdi - Fotolar
6 Mart 2025
14:16 - 6 Mart 2025
Ukrayna prezidenti Vladimir Zelenski bu gün Brüsseldə keçirilməsi planlaşdırılan fövqəladə Aİ sammitində iştirak edəcək.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Zelenski şəxsən Aİ-nin fövqəladə sammitində iştirak edəcək. Burada liderlər Ukraynaya davamlı dəstəyi və Avropanın müdafiə qabiliyyətinin gücləndirilməsini müzakirə edəcəklər.
Sammitə hazırlıqla məşğul olan “Evropeiskaya Pravda”nın anonim rəsmisi qeyd edib ki, Zelenskinin dəvəti Antonio Kosta tərəfindən göndərilib.
“Biz prezident Zelenskinin sammitdə şəxsən iştirak edəcəyini təsdiqləmişik”.
Onun sözlərinə görə, Ukrayna prezidenti nahar zamanı Avropa İttifaqına üzv ölkələrin liderləri ilə şəxsən görüşəcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin