Mehriban Əliyeva Gəncə şəhərinə səfər etdi - Fotolar
6 Mart 2025
13:19 - 6 Mart 2025
Bakıda təşkil olunacaq minifutbol üzrə dünya çempionatının püşkatma mərasiminin vaxtı dəqiqləşib.
Manset.az xəbər verir ki, mərasim martın 12-də keçiriləcək. Bu barədə Azərbaycan Minifutbol Federasiyası məlumat yayıb.
Tədbirdən əvvəl 32 komanda dörd səbətə bölünüb. Mundialın əsas favoritlərindən sayılan Azərbaycan millisi 1-ci səbətdə yer alıb. Bildirilib ki, püşkatma mərasiminin yeri və başlama vaxtı haqda daha sonra məlumat veriləcək.
Püşkatma üçün səbətlərin tərkibi isə belədir:
1-ci səbət: Rumıniya, Qazaxıstan, Serbiya, Macarıstan, Meksika, Çexiya, Slovakiya, Azərbaycan;
2-ci səbət: Bolqarıstan, Monteneqro, ABŞ, Fransa, Ukrayna, Gürcüstan, Mavritanıya, Qana;
3-cü səbət: İngiltərə, Portuqaliya, Bosniya və Herseqovina, Tailand, BƏƏ, Çad, İspaniya, Sloveniya;
4-cü səbət: Polşa, Hindistan, Türkiyə, Kosta Rika, İsrail, Bəhreyn, Özbəkistan, Argentina.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin