Trampın bəyanatları Qəzza razılaşması ilə bağlı vəziyyəti çətinləşdirir

12:45 - 6 Mart 2025

Trampın bəyanatları Qəzza razılaşması ilə bağlı vəziyyəti çətinləşdirir

ABŞ prezidenti Donald Trampın son şərhləri Qəzza zolağında atəşkəs razılaşması ilə bağlı vəziyyəti xeyli çətinləşdirə bilər.

 

Manset.az xəbər verir ki, bu xəbərdarlığı Fələstinin HƏMAS hərəkatının nümayəndəsi Hazem Qasem verib.

"Trampın təhdidləri atəşkəs razılaşması ətrafında vəziyyəti çətinləşdirir və İsraili ona əməl etməməyə təşviq edir".

O, ABŞ administrasiyasını İsrail hakimiyyətini mövcud razılaşmalara uyğun olaraq sazişin ikinci mərhələsi üzrə danışıqlara keçməyə məcbur etməyə çağırıb.

Qeyd edək ki, martın 2-də İsrail Qəzzaya humanitar yardımın daşınmasını əngəlləyib.


Xəbər xətti

6 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin