Hindistan Ukrayna münaqişəsində özünü vasitəçi kimi görmür

11:22 - 6 Mart 2025

Hindistan Ukrayna münaqişəsində özünü vasitəçi kimi görmür

Hindistan müxtəlif vaxtlarda Moskva və Kiyevlə əlaqə saxlayıb, lakin Dehli Ukrayna münaqişəsinin həllində özünü vasitəçi kimi görmür.

 

Manset.az xəbər verir ki, bunu Hindistan Xarici İşlər Nazirliyinin rəhbəri Subrahmanyam Caişankar Böyük Britaniyaya səfəri zamanı deyib.

O, Hindistanın Ukraynada özünü vasitəçi kimi görüb-görməməsi ilə bağlı suala “Mən əmin deyiləm” - deyə, cavab verib.

O, həmçinin Hindistanın həm Moskva, həm də Kiyevlə müxtəlif səviyyələrdə müntəzəm danışıqlar aparan nadir ölkələrdən biri olduğunu xatırladıb.

XİN rəhbəri vurğulayıb ki, Moskva və Kiyev birbaşa danışıqlar aparmalıdır. "Biz hesab edirik ki, onlar birbaşa danışıqlar aparmalıdırlar. Bu, bizim ardıcıl mövqeyimiz olub. Biz onlara heç vaxt məsləhət verməmişik ki, danışıqların formatı və şərtləri necə olmalıdır. Bu, onların işidir".


Xəbər xətti

6 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin