Paytaxda tıxac - Svetoforlara “yaşıl dalğa” əmri verildi

11:18 - 6 Mart 2025

Paytaxda tıxac - Svetoforlara “yaşıl dalğa” əmri verildi

Bir neçə gündür paytaxtın mərkəzi küçə və prospetlərində axşam saatlarında yaranan nəqliyyat sıxlığının müddəti və sıxlıq olan yolların sayı artıb. Müşahidələr göstərir ki, bu proses martın 3-dən başlayıb və davam edəcəyi ehtimal olunur.

 

Manset.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sıxlığın səbəbini açıqlayıb.

"Təhlillər onu deməyə əsas verir ki, Ramazan ayı ilə əlaqədar bəzi vətəndaşlar şəxsi nəqliyyat vasitələrindən daha çox istifadə etməyə, xüsusilə də mərkəzi küçə və prospektlərdə yerləşən ictimai iaşə obyektlərində təşkil olunan iftar məclislərində iştirak etməyə üstünlük verirlər. Pik saatlarda yaranan nəqliyyat sıxlığının müddəti bu səbəbdən artmağa başlayır və nəticədə şəhərin digər yollarına da ( şəhərə giriş-çıxış yolları) təsir edir", - açıqlamada deyilir.
       
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən hansı tədbirlər görülüb?

Mərkəz tərəfindən nəqliyyat intensivliyini artırmaq məqsədilə 38 küçə və prospekt üzrə svetoforlara “yaşıl dalğa” əmri verilib. Zəruri tədbirlərin görülməsi üçün mütəmadi yol polisi əməkdaşları ilə informasiya mübadiləsi aparılıb.

Nəqliyyat intensivliyini artırmaq məqsədilə bu küçə və prospektlərdə svetoforlara “yaşıl dalğa” əmri verilib.



Xəbər xətti

6 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin