Yaponiyada baş verən partlayışda 2 nəfər öldü- Yaralılar var

08:45 - 6 Mart 2025

Yaponiyada baş verən partlayışda 2 nəfər öldü- Yaralılar var

Yaponiyanın Toyota şəhərindəki "Chuo Spring" zavodunda baş verən partlayış nəticəsində bir nəfər ölüb.

 

Manset.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Hadisə nəticəsində iki nəfərin öldüyü, iki nəfərin isə yaralandığı bildirilib. İlkin məlumata görə, partlayışa binanın daxilindəki toz tutucunun nasazlığı səbəb olub. 

Hadisə ilə bağlı araşdırma aparılır. 

Qeyd edək ki, 2023-cü ilin oktyabrında Ayçi prefekturasında Toyota-nın zavodunda da partlayış baş verib.


Xəbər xətti

6 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin