İlham Əliyev SƏRƏNCAM imzaladı
6 Mart 2025
08:15 - 6 Mart 2025
Hind Vadisi sivilizasiyasının hələ də sirri açılmayan qədim yazısı dünyanın ən böyük tarixi tapmacalarından biri olaraq qalır.
Manset.az xəbər verir ki, bu sirri açan şəxsə 1 milyon dollar mükafat təklif edilib. Məlumata görə, müasir Pakistan və Hindistanda yayılmış Hind Vadisi mühəndislik möcüzələri ilə tanınır. Lakin sivilizasiyanın detalları məlum deyil. Ən böyük sirr Hind Vadisi sivilizasiyasının yazısı ilə bağlıdır. Bunun həlli üçün Hindistanın Tamil Nadu əyalətində 1 milyon dollar mükafat elan edilib. Hind yazısının hələ də başa düşülməməsinin bir neçə səbəbi var. İndiyə qədər yalnız 4000-ə yaxın yazı aşkar edilib. Həmçinin yazı qısa mətnlər və əksər yazılar cəmi 4-5 işarədən ibarətdir.
Elm adamları mətnin sağdan sola yazıldığını və onun kommersiya və ya dini məqsədlər üçün istifadə edildiyini hesab edirlər. Alimlər süni intellektlə qədim yazını oxumağa çalışırlar.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin