Netanyahu İrana hücumun təfərrüatlarını açıqladı
19 Noyabr 2024
08:04 - 26 Noyabr 2021
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Cənubi Afrikada yeni bir koronavirus ştamının müəyyən edilməsi ilə əlaqədar bu gün fövqəladə iclas keçirəcək.
Manşet.az xəbər verir ki, bu barədə CNBC məlumat yayıb.
ÜST yeni mutasiyanı izlədiyini bildirib. İclasda təşkilatın nümayəndələri peyvəndin yeni ştamdan necə qorunduğunu, eləcə də bu halda xəstəliyin mümkün müalicəsi yollarını müzakirə etməyi planlaşdırırlar.
“Hələ bu barədə çox şey bilmirik. Bildiyimiz odur ki, bu variantda çoxlu sayda mutasiya var”, - deyə ÜST-nin COVID-19 üzrə texniki rəhbəri Mariya Van Kerxov bildirib.
Qeyd edək ki, bir gün əvvəl Botsvana, CAR və Honq Konqda B.1.1.529 adlı yeni COVID-19 ştammı ilə 10 yoluxma halı aşkar edilib ki, bu da koronavirusun digər variantlarından daha patogen ola bilər. Yeni ştamın tərkibində 32 mutasiya var. Bəzi araşdırmalar onun yüksək ötürülmə qabiliyyətini və vaksinlərə qarşı yüksək müqavimətini qeyd edir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin