Mehriban Əliyevadan Od çərşənbəsi ilə bağlı PAYLAŞIM
4 Mart 2025
16:15 - 4 Mart 2025
Moskva hesab edir ki, Vaşinqton və Tehran bütün problemlərini danışıqlar yolu ilə həll etməlidir və buna nail olmağa hazırdır.
Manset.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyinə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib .
“Rusiya hesab edir ki, Birləşmiş Ştatlar və İran bütün problemləri danışıqlar yolu ilə həll etməlidir”.
O, əlavə edib ki, Moskva buna nail olmaq üçün əlindən gələni etməyə hazırdır.
Bloomberg mənbələrinə görə, Rusiya İranın nüvə proqramı və Tehranın Yaxın Şərqdə Vaşinqtona düşmən olan qüvvələrə dəstəyi məsələlərində İranla təmasda ABŞ administrasiyasına kömək etməyə razılaşıb. Onlar iddia edirlər ki, bu tələb ABŞ prezidenti Donald Tramp tərəfindən fevralın 12-də Rusiya lideri Vladimir Putinlə telefon danışığı zamanı edilib və məsələ fevralın 18-də Ər-Riyadda Rusiya və ABŞ nümayəndə heyətləri arasında keçirilən danışıqlarda da müzakirə edilib.
Rusiya və İran nümayəndələri agentliyə bu məlumatın birbaşa təsdiq və ya təkzibini təqdim etməyiblər və Ağ Ev hələlik şərh sorğusuna cavab verməyib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin