ABŞ-nin hərbi yardımının dayandırılması Kiyevi sülhə sövq edə bilər

14:11 - 4 Mart 2025

ABŞ-nin hərbi yardımının dayandırılması Kiyevi sülhə sövq edə bilər

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Ukrayna ən çox silahı ABŞ-dan alıb.

 

Manset.az xəbər verir ki, onun fikrincə, tədarükün dayandırılması sülhə ən yaxşı töhfə ola bilər.

“Əlbəttə, təfərrüatları hələ öyrənmək lazımdır. Amma bu doğrudursa, bu, həqiqətən də Kiyev rejimini sülh prosesinə sövq edə biləcək qərardır”.

Qeyd edək ki, bir gün əvvəl ABŞ Ukraynaya hərbi yardımın dayandırıldığını təsdiqləyib . Aİ hesab edir ki, Vaşinqtonun köməyi olmadan Ukrayna ordusu yaya qədər döyüşmək üçün kifayət qədər silaha malik olacaq.

İki ölkə arasında münasibətlər Ukrayna prezidenti Vladimir Zelenskinin fevralın 28-də Vaşinqtona səfərindən sonra pisləşib. Onun Donald Trampla görüşü mübahisəyə çevrilib və sonra Rusiya-Ukrayna münaqişəsi ilə bağlı fərqli mövqelərə görə vaxtından əvvəl başa çatıb. Bu fonda Fransa və Böyük Britaniya Ukraynaya davamlı hərbi dəstəyi nəzərdə tutan nizamlanma üçün öz planlarını irəli sürüblər.


Xəbər xətti

4 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin